“Bakcell”in oğurluğu davam edir - nazirə şikayət

okt-03
06:13 2016
Azərbaycanda mobil operator şirkətlərindən elə gün yoxdur ki şikayət olunmasın

“Azercell”, “Bakcell” və “Azerfon” vətəndaşları aldatmaqda, fırıldaqçılıqda, balansdan kontur silməkdə ittiham olunur.

Bu barədə tez-tez şikayət məktublarını dərc edirik. Ancaq hər üç şirkət ittihamlara reaksiya vermir, özünü haqlı çıxarır. Halbuki, abunəçilər faktlar təqdim edir və şirkətlərin soyğunçuluq siyasətini ifşa edir.

Redaksiyamıza daha bir şikayət “Bakcell” mobil operatorundan var. Günay Vəliyeva adlı abunəçi yazır ki, bu günədək bu mobil şirkətin oğru olduğuna inanmağı gəlmirdi:

“Ancaq başıma gələndən sonra aydın oldu ki abunəçiləri soyurlar. Hər dəfə mesaj gəlirdi ki 1, 60 manat və ya 1,45 manat hesabınızdan çıxıldı. Bu gedişlə 19 manat balansımdan silindi. Ayıbdır vallah, müştərilərin hesabından əsassız yerə kontur silmək ayıbdır”.

Artıq "Bakcell” mobil operatoru kütləvi şəkildə boykot olunur. Şirkətin abunəçilərinə qarşı soyğunçu və fırıldaq siyasəti kampaniyanın daha da genişlənməsinə səbəb olub.

Mobil operatorun vətəndaşları aldatması barədə hər gün onlarla şikayət məktubu daxil olur ki, faktlar heyrət doğurur.

"Bakcell” abunəçilərin narazılığına məhəl qoymadan onlara kələk gəlməklə gəlir əldə edir. Vətəndaşlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyini qeyd edib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər