“MuğanBank” da Kredit müqaviləsi, yoxsa soyğunçuluq?

okt-02
08:54 2016
“MuğanBank” ASC hüquqlarını bilməyən müştərilərə kələk gəlir

Redaksiyamıza şikayət məktubu daxil olub. Belə ki, bir neçə gün əvvəl “MuğanBank” ASC-nin Göyçay filialından kredit götürmüş müştəri 63 yaşlı Göyçay rayon sakini Xəlilova Xacca Nuralı qızı banka olan borcundan ödəniş etdikdən sonra 1 ay əvvəl bank işçiləri tərəfindən aldadıldığını və borcundan qat-qat artıq ödənilməsini öhdəsinə götürdüyü müqavilə barədə xəbər tutub. 08 avqust 2016-cı il tarixdə X. Xəlilova borclu olduğu banka çağırılıb. Ona təklif ediblər ki, “dollar hər gün qalxa-qalxa gedir, sən gəl yeni müqaviləyə imza at, sənin borcunu manata çevirək". Bank rəsmilərinin təklifinə sevinən qadın ona təqdim olunmuş sənədləri oxumadan imzalayıb və nəticədə də təxminən 1200 ABŞ dolları borcu olan qadın 2 əlavə müqaviləyə görə 33 ay müddətində 1287,50 manat və 60 ay müddətində 4860,36 manat ödəməyi üzərinə götürüb.
Təqdim olunmuş və imza etdirilmiş kredit müavilələri heç də ABŞ dolları ilə bağlanmış ilk müqavilənin əvəzlənməsi üçün deyil, tam aydınlığı ilə yeni kredit müqavilələridir. Belə bir müqavilə bağlanmış olsa da borcalana kassa məxaric qəbzi verilməmişdir. Belə olduqda sual yaranır ki, 6147.86 manatlıq 2 kredit müqaviləsi nəyə qarşılıq olaraq bağlanıb? Dərindən düşünsək burada hər hansı müqavilədən yox, rəsmiləşdirilmiş soyğunçuluqdan söhbət gedə bilər.
Nəzərinizə çatdırım ki, Xəlilova Xacca Nuralı qızı təqaüdçüdür, 63 yaşı var, hər ay 162 manat təqaüd alır.
Həmçinin qeyd etmək istəyirəm ki, banklar tərəfindən öz xeyrinizə hər hansısa təklif aldıqda onların sizə söylədiklərinə yox, sizə təqdim etdikləri müqaviləyə diqqət yetirin. Əgər siz müqaviləni oxumadan imza atsanız hüquqlarınızın pozulmasını yalnız üzərinizə qoyulmuş borclardan sonra anlayacaqsınız ki, bu da sizin üçün əlavə problem və vaxt itkisnə çevriləcəkdir. Tək bir şeyi bilmək lazımdır ki, hər bir kreditoru müştərilərin maddi durumunun pis olması deyil, bankların mənafeyi maraqlandırır.

Mövzuya yenidən qayıdacağıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər