İmişli təhsilin yüksəlişində rayon təhsil şöbəsinin gördüyü işlər danılmazdır

sen-30
18:51 2016
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Ramiz Əmirovu nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Ramiz Əmirov deyil, həm də "Azərbaycan digər rayon Təhsil Şöbəsinin müdirlərini də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Ramiz Əmirovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Ramiz Əmirovun şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda İmişli rayonunda Təhsilin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.

“Qara mətbuat”da Ramiz Əmirovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Ramiz Əmirovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Ramiz müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və İmişli rayonda təhsilin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab nazir Mikayıl Cabbarovun tapşırıqlarını şərəflə yerinə yetirən Şöbə müdiri İmişli rayon Təhsilində işlərin yüksək səviyyədə qurulmasına nail olub.


P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Ramiz Əmirov haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Ramiz müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir

P.S. Məktəblərə işə qəbul zamanı 30 baldan aşağı bal toplayan müəllimlər tələb edirlər ki, onlara hansısa məktəbdə iş versinlər. Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən 30 baldan aşağı bal toplayan müəllimlər ümumi təhsil məktəbləri ilə müqavilə bağlamaq olmaz.

Hal-hazırda İmişli rayonunda 30-40 bal arası kənd yerlərinə, 40 baldan yuxarı bal toplayanlar isə şəhər məktəbləri ilə müqavilə bağlanılır.

Həmin narazı müəllimlər hansısa saytlara öz şikayətlərini bildirirlər ki, İmişli Rayon Təhsil Şöbəsi bizi işlə təmin etmir. Bu əsassız məlumatları araşdırmadan saytlara qoyan "JURNALİSTLƏR xahiş olunur ki, əvvəlcədən xəbəri araşdırın sonra dərc edin "

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər