"Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir"

sen-30
11:37 2016
"Global Risk İnsight" analitik agentliyi sentyabrın 26-da ölkəmizdə keçirilən referendumla bağlı geniş yazısında Azərbaycanda gizli müxalifətin olduğunu iddia edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə pia.az-a açıqlamasında deyib ki, Azərbaycanda gizli təşkilat var və "Global Risk İnsight” analitik agentliyinin iddiası həqiqətə uyğundur:

"Əlbəttə ki, beynəlxalq təşkilatların və dünya agentliklərinin Azərbaycanda apardıqları müşahidələrə əsasən verdikləri məlumatlar düzgündür. Azərbaycanın daxilində, həm də xaricdəki qüvvələrdən ibarət olan gizli müxalifət var”.

H.Hacıyev bildirib ki, onun rəhbəri olduğu partiya da müxalifət sayılır: "Ancaq biz millətimizə sadiq olan müxalifətik. Azərbaycanda ermənilərə və xarici qüvvələrə işləyən müxalifətin kimlərdən ibarət olduğu bəllidir. Onlardan fərqli olaraq biz,ölkəmizdə olan neqativ amilləri xaricə satmırıq”.

MMP sədrinin iddiasına görə, Azərbaycanı çox böyük təlatümlər gözləyir və buna hazır olmalıyıq: "Mən Prezidentimizi bu təlatümlərdən qorumaq üçün onun ətrafında olan pis insanların iç üzünü açıb ortaya qoyuram. Bu gün hakimiyyətdə təmsil olunan insanların bir hissəsi həm də Milli Şurada təmsil olunurlar. Məsələn, nazirlər, nazirin kürəkənləri Avropada, Qərbdə Azərbaycanın əleyhinə böyük işlər görürlər. Bu insanlar müxalifətlə əlbir olan satqın insanlardılar. Ona görə də çox ciddi "axsamalarımız” olur”.

H.Hacıyevin fikrincə, beynəlxalq təşkilatlar da çox gözəl bilirlər ki, hakimiyyətin daxilində Prezidentimizi istəməyən qüvvələr çoxdur: "Onlar bu gün də ustalıqla işləyirlər. Onlar dini cərəyanlara və radikal qruplara böyük pullar buraxırlar. Məsələn, Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir. Eyni zamanda Heydər Əsədov bu gün müxalifətlə gizli işbirliyindədir. Fikrimcə, yaxın zamanlarda onların əksəriyyəti hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər