Nazir müavini xəbərdarlıq etdi

okt-03
18:15 2013
Nazir müavini xəbərdarlıq etdi


“Savadsız insanlar təhsil sisteminə daxil edilməyəcək”

Orta məktəblərdə 1800 müəllim yeri vakant qalıb

Bu gün Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir.Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu məsələ də Təhsil Nazirliyi tərəfindən araşdırılacaq. C. Bayramov hesab edib ki, aparılacaq araşdırmanın nəticələri prosesə təkan verəcək.

C. Bayramov qeyd edib ki, müəllimlərin bu ilki işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, imtahanda iştirak etmiş 15 030 nəfərindən 1474 nəfəri işə qəbul olub: “Müsabiqənin nəticələrinə görə, orta məktəblərdə təxminən 1800 müəllim yeri vakant qalıb. Bununla bağlı qərarımız oldu ki, Təhsil Nazirliyi həmin yerləri vakant saxlayacaq. Biz savadı olmayan insanları təhsil sisteminə rəsmi olaraq daxil etməyəcəyik. Bununla bağlı biz müəllim hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə məktub göndərmişik. Xahiş etdik ki, onlar bütün tədris planlarını Təhsil Nazirliyinə və Təhsil Problemləri İnstitutuna təqdim etsinlər. Hazırda cavab”.

C. Bayramov qeyd edib ki, müasir dünyada da hər 5-7 ildən bir 40-50% ixtisaslar öz əhəmiyyətini itirir və yenisi yaranır. Onun sözlərinə görə, insanlar da karyera qurmaq üçün iş fəaliyyətləri ərzində 3-5 dəfə öz ixtisaslarını dəyişirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər