Alimlər ölümqabağı tuneldə görünən işığın mənasını izah etdilər

apr-13
16:29 2015
Alimlər ölümqabağı tuneldə görünən işığın mənasını izah etdilər




















Ürək dayandıqdan 30 saniyə ərzində beynin aktivliyi kəskin şəkildə artır.

Amerikalı tibb işçiləri ürək dayanması keçirən insanların sonunda ağ işıq olan tunelin, ölən qohumların görünməsi və bu qəbildən olan təcrübənin yeni izahını təklif ediblər.

Xeberci.info Lenta.ru-ya istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, ürək dayanarkən oksigenin və qlükozanın beyinə daxil olmaması beynin aktivliyini stimullaşdırır.

Yeni tədqiqat haqqında Proceedings of the National Academy of Sciences jurnalının səhifələrində danışırlar.

Amerikanın Miçiqan ştatının Universitetinin tibb işçiləri doqquz siçovulu asfiksiyaya (boğulmaya) məruz qoyublar. Heyvanların vəziyyəti elektrokardioqrafın və elektroentsefaloqrafın kombinasiyası ilə xüsusi cihazla ölçülüb.

Aydın olub ki, ürək dayandıqdan 30 saniyə ərzində beynin aktivliyi kəskin şəkildə artır.

Tədqiqatın müəlliflərinin fikrincə, ürək dayanarkən beynin fəaliyyəti insanlara ölümqabağı həyəcan və görüntülər yaradır.

2014-cü ildə digər alim kollektivi müəyyən edib ki, təfəkkür, hətta beyin tamamən fəaliyyətini dayandırdıqda belə müəyyən səviyyədə qalır.

Sautqemptonsk Universitetinin əməkdaşları dörd il müddətində Avstriyanın, Böyük Britaniyanın və ABŞ-ın 15 xəstəxanasında ürək dayanması yaşayan iki mindən artıq pasient üzərində tədqiqat aparıblar.

Sağ qalanların 40 faizi ürək fəaliyyətinin bərpasına qədər keçirdikləri kliniki ölüm zamanı təfəkkürün mövcud olduğu təcrübəsini bölüşüblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər