“Metropark”da kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlandı

apr-13
16:24 2015
“Metropark”da kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlandı




















Baş Prokurorluq məlumat yayıb.

Bakıda ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Xeberci.info-ya verilən məlumata görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.

İlkin ehtimala görə, zəhərlənmə qaz sızmasından baş verib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər