İran və Səudiyyə Ərəbistanı müharibənin astanasındadır

sen-21
08:29 2016
İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik davam artır.

İranlı zəvvarların Məkkədə Həcc ziyarətinə buraxılmaması gərginliyin başlamasının əsas səbəbi olmuşdu.

Bundan sonra bütün müsəlman ölkələrinə müraciət edərək ortaq Həcc komitəsi yaratmağı təklif edən İran prezidenti Ruhani Səudiyyə rejimini ədalətsizlikdə, Kəbənin ərazisində yerləşməsindən sui-istifadədə günahlandırmışdı.

İş o yerə çatdı ki, sonda Səudiyyə müftüsü İranın dini lideri Əli Xamneyini "qeyri-müsəlman" elan etdi. Öz növbəsində İranın dini lideri isə şiələr üçün Həccin Kərbəlaya köçürülməsi haqda fətva vermişdi. Yəni artıq Kərbəlanı ziyarət edən şiələr Həcci ziyarət etmiş kimi sayılacaqlar.

Xatırladırıq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı müharibə Yəmən ərazisində tam gücü ilə davam etməkdədir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər