Zərdabda 10 günün gəlini müəmmalı şəkildə öldü

sen-16
07:46 2016
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki, Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P.Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər