Ləman Ələşrəfqızı: "Məncə Fikrət Qoca həqiqətən çox qocalıb"

sen-15
08:35 2016
Əməkdar jurnalist Ləman Ələşrəfqızı Rüstəm Behrudinini Yazıçılar Birliyindən istefa verməsinə münasibət bildirib.

Ələşrəfqızı Behrudini 1998-ci ildən-hələ "Hürriyyət" qəzetində işləyərkən tanıdığını qeyd edib:

"Şahvələd Çobanoğludan sonra qəzetə baş redaktor gəlmişdi. Qəzetçi kimi mükəmməl olmaya bilərdi, amma şair kimi mükəmməl şairdir! Biz o vaxt Rüstəm Behrudiyə salam verəndə elə bil Dar ağacına salam verirdik (gülür). Bir az qorxaq, bir az çəkingən, necə olmasa, çox gənc idik axı. Ona qəribə adam kimi baxırdıq, necə ki, o özü Əbülfəz bəyə elə baxırdı. Sonra o, qəzetdən getdi, ədəbiyyatda isə qalır. Və əminəm ki, qalacaq da. Onun Yazıçılar Birliyindən küskünlüyü bir övladın ailəsindən incikliyi kimidir. İnanın belədir. Adam illərdir ədəbiyyatda külüng çalır, (şablon da çıxsa), istəyir kimsə çıxıb ona sağ ol desin, təbrik ünvanlasın, yığcam da olsa bir tədbir düzənləsin. Nə olar ki? Heç kimin zəri tökülməz, əksinə bir şair ürəyi dağa dönər. İndi onu qınayanlar guya ürəklərinin ən dərin guşələrində özlərinə qarşı bu diqqəti gözləmirlərmi? Əlbəttə gözləyirlər. Eləsə, başqasından bunu niyə əsirgəyək ki?!".

Ələşrəfqızı sonda Behrudinin Yazıçılar Birliyindən getməsinə "gedir getsin də" kimi reaksiya vermiş xalq şair Fikrət Qoca haqda bunları yazıb:

"Məncə Fikrət Qoca həqiqətən çox qocalıb".

Qeyd edək ki, Rüstəm Behrudi Yazıçılar Birliyindən bir neçə gün öncə istefa verdiyini açıqlayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər