Kseniya Sobçak “güllələnmə siyahısının” yayılmasından sonra Rusiyanı tərk etdi

mar-16
11:03 2015
Kseniya Sobçak “güllələnmə siyahısının” yayılmasından sonra Rusiyanı tərk etdi




















Putinin köməkçisi məlumatları absurd adlandırır.

Məşhur teleaparıcı Kseniya Sobçak xüsusi xidmət orqanlarının tövsiyəsi əsasında Rusiyanı tərk edib.

Xeberci.info xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Qəzetin məlumatına görə, martın 13-də Sobçak “ÇDL” restoranında rəhbərlik etdiyi L'Officiel jurnalının yeni nömrəsinin çıxması ilə əlaqədar ziyafət verib.

“Millətlər teatrında “Jenitba” tamaşasının premyerasını və bu ziyafəti ləğv edə bilmədim, lakin sabah Rusiyanı bir müddətlik tərk edəcəyəm”, - deyə, qəzet onun sözlərindən sitat gətirir.

Teleaparıcının yaxın dostlarının sözlərinə görə, “güllələnmə siyahısı”nda adı olduğu deyilən Sobçak xüsusi xidmət orqanlarının tövsiyyəsi ilə ölkəni tərk edib.

Bundan əvvəl bildirilirdi ki, Sobçak “güllələnmə siyahısı” haqqında məlumatın yayılmasından sonra öz mühafizəsini gücləndirib.

Siyahıda ondan başqa “Exo Moskvı” radiosunun rəhbəri Aleksey Venediktov və Rusiyanı tərk etmiş Mixail Xodorkovski də var.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə “güllələnmə siyahısının” olması barədə məlumatları absurd adlandırıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər