Məktəblilərin yaz tətili günləri dəyişdi

mar-12
16:48 2015
Məktəblilərin yaz tətili günləri dəyişdi




















21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib.

Xeberci.info xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.

Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.

6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər