Qubada güclü sel – 1 uşağı və mal-qaranı apardı

avq-28
07:27 2016
Ötən gün Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda təlafata səbəb olub.

Saat 5 radələrində Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.

Hadisə 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlu qoyun və keçiləri dərədə otaran zaman baş verib. Güclü dolu sonradan yağışa çevrilib və əmələ gələn sel mal-qaranı aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.

Güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.

Sakinlər son 30 ildə ilk dəfədir belə yağışların yağdığını bildiriblər.

Quba Fövqəladə Hallar Nazirliyi Komissiyasının sədri, icra hakiminin birinci müavini Yusif Abidov hadisəni təsdiq edib.

“Hadisələrdən xəbərim var. Qubanın Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağıb. Oralarda elə də ciddi çətinliklər yaranmayıb. Ördüc kəndində yaranan problemlərlə bağlı sabah səhər saatlarında lazımi tədbirlər görüləcək”, – deyə o bildirib. //report

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər