Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

okt-03
18:03 2013
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

İcra hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə prezidentə məlumat verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərində səfərdə olub. Əvvəlcə dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Sonra Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.

Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.

Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub. Dövlət başçısı burada görülən işləri əks etdirən stendlərə baxıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Azərbaycan prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb. Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub. Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesini izləyib və hazır məhsullara baxıb.

Sonra dövlət başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Dövlət başçısı inşaatçılarla görüşüb, onlara uğurlar arzulayıb. Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesini izləyib. Bununla da Prezident İlham Əliyevin Sumqayıta səfəri başa çatıb.


//Ans press

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər