Sabirabadda qarpız festivalı

avq-20
06:46 2016
Avqustun 19-da Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qarpız festivalı keçirilib.

Xeberci.info xəbər verir ki, Bakıdan və ətraf rayonlardan gələn qonaqların və yüzlərlə sabirabadlının iştirak etdiyi festivalda qarpız üzərində bədii oyma sənəti nümunələri, qarpızdan hazırlanmış 20 növ təam (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş çay və s.) nümayiş etdirilib.

Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsəri əsasında hazırlanmış səhnəcik, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Axşam saatlarınadək davam edən qarpız festivalı iştirakçılara əyləncəli anlar, xoş təəssürat və müsbət emosiyalar bəxş edib.

Festival atəşfəşanlıqla başa çatıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər