Sabiq polis rəisinin oğlu yol qəzasında ölüb

avq-05
07:58 2016
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə avqustun 4-də, axşam saatlarında, Kürdəmir-İmişli magistral yolunnun Allahmədətli kəndi ərazisində qeydə alınıb.

“Range Rover” markalı, “90 EP 003” dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Avtoqəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza nəticəsində dünyasını dəyişən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər