Ağaxan Abdullayev: Mən ölməmişəm!

mar-02
15:07 2015
Ağaxan Abdullayev: Mən ölməmişəm!




















“Allah onların cəzasını versin”

Dünən gecə Azərbaycanın internet saytlarının birində tanınmış muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi haqda xəbər yayılıb.

Yalandan yayılan bu xəbər Xalq artistinin özü və yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

Xeberci.info xəbər verir ki, aznews.az-a açıqlamasında Ağaxan Abdullayev səhhətində heç bir problem olmadığını bildirib:

“Allaha çox şükürlər olsun ki, mən çox yaxşıyam. Ölüm xəbərini isə kimin yaydığını bilmirəm”.

A.Abdullayev əlavə edib ki, insanların hissləri ilə oynamaq düzgün deyil: “Allah belə insanların cəzasını versin. Diri adamı öldürürlər. Bunu cılız insanlar edib. Ağıllı, ziyalı adamlar belə iş görməz”.

Xatırladaq ki, tanınmış muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbəri “İnterpress.az” saytı yayıb. Məlumatda qeyd edilib ki, xanəndə guya xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər