Bakıda geylərin toyu olduğu deyilən şadlıq sarayından maraqlı – AÇIQLAMA

iy-26
09:29 2016
“Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq”

“Qızıl qaya” şadlıq sarayının rəhbərliyi orada həmcinslərin toyu barədə yayılan video və fotoşəkillərə münasibət bildirib. Şadlıq sarayının adının çəkilməsini istəməyən rəsmisi ilk olaraq foto və videoda əks olunanları təkzib etsə də, bizim israrlarımızdan sonra danışmağa başladı.

O, modern.az-a bildirdi ki, şadlıq sarayında belə bir toy olmayıb:

“Bizə müraciət edən şəxslərlə yaşlı bir qadının yubileyinin keçirilməsi üçün razılaşmışdıq. Mərasim üçün hazırlıqlar görüldü, məclis başladı.

Bir müddət sonra həmin “kişi” təmtəraqlı geyimdə məclisə təşrif buyurdu. Biz şadlıq sarayı olaraq onu məkanımızdan çıxara bilməzdik. Çünki, o, ev sahibinin ad gününə dəvətlilər içərisində idi”.

Onun sözlərinə görə, daha sonra həmin gəlin qiyafəsində olan “kişi” masada əyləşərək insanlarla şəkil çəkdirməyə başlayıb:

“Bu da həmin şəkillərdən bəziləridir. Bizim əlimizdə həmin ad günü tədbirinin videogörüntüsü də var. Mətbuatda yayılanlar reallıqdan uzaq, hazırlanmış şəkildə cəmiyyətə təqdim olunub”.

Qeyd edək ki, yayılan foto və videoda məclisin əsasən geylərdən təşkil edildiyi aydın görünür. Yayılan məlumatlarda “gəlin”in adının Aydın olduğu bildirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər