Balakəndə xüsusi əməliyyat: Polisə müqavimət göstərilib

iy-18
09:36 2016
DİN məsələ ilə bağlı məlumat yayıb

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.

Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.

K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Əməliyyat nəticəsində Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər