Türkiyə qiyamının liderindən ilk bəyanat

iy-17
11:16 2016
General ölkənin Baş Qərargah rəisinin baş verənlərdən xəbərdar olduğunu bildirib

Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş baş komandanı, hökumətin ölkədə baş tutmamış hərbi çevrilişin lideri kimi təqdim etdiyi Akın Öztürk bəyanatla çıxış edərək qiyamın təşkilatçılarının adlarını açıqlayıb.

Milliyet nəşrinin məlumatına görə, general bildirib ki, Ali Hərbi Şuranın üzvü kimi, qiyamın əvvəlindən axırına kimi Baş Qərargah rəisi Hulusi Akarın yanında olub və hərəkətlərini onunla koordinasiya edib.

“Mən Hulusi Akar ilə birgə qoşunların hərəkətinə nəzarət edirdim”, - Akın Öztürk həbs edilərkən bildirib.

Qeyd edək ki, Türkiyə KİV bundan əvvəl Öztürkün ABŞ-da yaşayan və son hərbi çevriliş cəhdində günahlandırılan Fətullah Gülənlə əlaqələrinin olmasından yazmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər