KÜRDƏMIR RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI CƏNAB CEYHUN CƏFƏROVUN RAYONDA GÖRÜLƏN IŞLƏRLƏ BAĞLI HESABATI

iy-21
11:25 2016
Hörmətli yığıncaq iştirakçıları!

Dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasi xadim, Azərbaycan Xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilməsi sayəsində 2016 -ci ilin yarımilliyində də ölkəmizin inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 10 iyul tarixli iclasında bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda Ermənistanın Azərbaycana qarşı etdiyi silahlı təxribatdan və təxribatın qarşısı alınaraq düşmənə layiqli cavab verildiyini, Azərbaycanın öz torpaqlarını qoruduğunu, öz hərbi mövqelərini daha da möhkəmləndirdiyini bildirmişdir.

Möhtərəm Cənab Prezident 6 ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini, bütün ölkələrin bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkdiyini, lakin azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit olduğunu, ölkənin qarşısında duran vəzifələrin həll olunduğunu bildirmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, bu ilin 6 ayında ümumdaxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunmuşdur. Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulmuş və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalmışdır. Son 6 ayda 78 min daimi iş yeri açılmış, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Cənab Prezident neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq iqtisadiyyatın əsas sahələri, sənaye və kənd təsərrüfatı sahələrində artım olduğunu, sənaye istehsalının 0,6 faiz, qeyri neft sənayesinin 2,4 faiz, kənd təsərrüfatının 3 faizdən bir qədər çox artdığını qeyd etmişdir.

Ölkə rəhbəri Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olmasını xüsusi qeyd etmişdir

Hörmətli yığıncaq iştirakçıları!

Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş bir çox tədbirlər uğurla həyata keçirilmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” icrası ilə əlaqədar Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülür.
Rayonumuzda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış, sahibkarlıqın inkişafı ilə bağlı qanunvericiliyə əməl olunması sayəsində, həmçinin orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir.
Rayonda maldarlıq, narçılıq, üzümçülük, taxılçılıq, istixanaların tikilməsi, balıq göllərinin yaradılması, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi istiqamətində addımlar atılmışdır.

Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2016-cı ilin 6 ayında Kürdəmir rayonunun 8 sahibkarına 92 min manat məbləğində kredit verilmiş və nəticədə 10 yeni iş yeri yaradılmışdır.

Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2016-cı ilin II rübündə 561 nəfər işlə təmin olunmuşdur ki, bunlar əsasən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən yaradılmış vakant iş yerləridir. Bu işlər əsasən rayon Kommunal Müəssisələri Kombinatında, 5 saylı Dəmir Yol Sahəsində, Ağsu Regional Qaz İstismarı idarəsində, 21 saylı Yol İstismarı Sahəsində, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon təşkilatlarında, rayon Su Kanal idarəsində, Kürdəmir rayon Elektrik Şəbəkəsində və digər qurumlarda yaradılmışdır.

2016-cı ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonumuzda ümumi məhsul buraxılışı 1,9 faiz artaraq 183060,1 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 16,4 faizi istehsal, 42,8 faizi kənd təsərrüfatı, 13,4 faizi tikinti, 1,61 faizi nəqliyyat, 0,2 faizi rabitə və 25,6 faizi ticarət sahələrində olmuşdur.

Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.

Rayonda taxıl istehsalının artırılması sahəsində tədbirlər davam etdirilmişdir.

Bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 40198 hektar taxıl sahələri 1.6 dəfə suvarılmış, 30 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 12 min hektarda ziyanvericilərə qarşı, 8 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.

Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.

Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 140-dan çox kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.

Havaların taxılçılıq üçün əlverişsiz keçməsinə baxmayaraq yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər nəticəsində bu il 103,4 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 25,7 sentner olmuşdur.

Toxum istehsalına daha ciddi fikir verilmiş, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.

Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu il təkrar əkinlər də daxil olmaqla 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən becərilmə işləri təşkil olunmuşdur.

Hesabat dövründə 12377 hektarda yonca, 1217 hektarda kartof, 2475 hektarda tərəvəz, 4059 hektarda bostan, 11 hektarda günəbaxan, 40 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il də yaxşı məhsul götürüləcəkdir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev pambığın, baramanın, tütünün ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu nəzərə alaraq Respublikada bu məhsulların inkişafını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Həmin vəzifələrin icrasını təmin etmək üçün bu il rayonumuzda qısa müddətdə pambıq əkiləcək yerlər müəyyənləşdirilmiş, lazımi hazırlıq işləri görülmüş, 1911 hektarda pambıq əkilmiş, sahələrdə əsasən normal sıxlıqda çıxış alınmışdır. Hazırda pambıq sahələrinin alaqdan təmizlənməsi, kultivasiya işləri, gübrələrin verilməsi, ziyanvericilərə qarşı mübarizə və suvarma işləri aparılır. Ümumilikdə pambıq sahələrində 600 nəfərdən çox işçi qüvvəsi çalışır. Növbəti ildə 4000 hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.

Baramaçılığın inkişafı ilə əlaqədar bu il 46 kümçüyə 80 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3577,5 kq barama tədarük edilmişdir. Barama istehsalına 240 nəfər işçi cəlb olunmuşdur. Gələn il 7 ton barama istehsalı üçün yem bazasının yaradılması məqsədi ilə 15 minə yaxın tut ağaclarının əkiləcəyi yerlər seçilmişdir.

Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə, bu ilin yarısında 540 km kanal və 67 km dren şəbəkəsi lildən təmizlənmiş, 110 hidrotexniki qurğu, 12 nasos kompleksi cari təmir olunmuş, 1,5 km beton kanal əsaslı təmir edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır. Lakin bu sahədə müəyyən işlər görülsə də, mövcud kanalların 20-25 faizinin təmiri başa çatmadığından əkinlərin xüsusilə pambığın optimal müddətdə suvarma suyu ilə təmin edilməsində müəyyən çətinliklər yaranır.

Odur ki, rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, suvarma və meliorasiya sistemindəki vəziyyəti ciddi təhlil etməli, müvafiq təşkilatların rəhbərləri ilə birlikdə mövcud problemlərin aradan qaldırılması istiqamətində cidi tədbirlər görməlidir.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 64,9 min başa, qoyun keçilərin sayı 132,7 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,0 %, süd istehsalı 2,8 %, yumurta istehsalı 0,2 faiz, yun istehsalı 0,5 % artmışdır.

Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 600 başa çatdırılmışdır. Rayonda süni mayalanma texnikləri tərəfindən bu ilin birinci yarısında 715 mal süni mayalandırılmış, 291 baş cinsi yaxşılaşdırırmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.

Rayondakı “Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 14000 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. 589000 ədəd yumurta istehsal olunmuşdur.

2016 ci ilin 6 ayında rayonda 8500 ədəd müxtəlif ağac və gül kolları əkilmiş ,ümumilikdə 15000 ağacın əkilməsi nəzərdə tutulur.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və rayon kənd təsərrüfatı idarəsi öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.

2016- cı ilin II rübündə müxtəlif diametrli 252 p/m qaz xəti təmir olunmuş, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilmiş, mənzillərə texniki baxış keçirilmiş və müqavilələrin yenilənməsi mütəmadi olaraq davam etdirilmişdir.

Hazırda rayonun Pirili, Axtaçı Qarabucaq, Dayıkazımlı, Beyi kəndlərində kodlaşma işləri davam etdirilir. Rayonun Qocalı, Türkədi, Xəlsə, Quşlar, Pirəköcə kəndlərində qaz sayğacları quraşdırılmışdır. Carlı və Köhünlü kəndlərində qaz sayğaclarının quraşdırılması davam etdirilir, Muradxan və Mollakənd kəndlərində tikinti quraşdırma işləri maliyyə vəsaiti ayrlımadğına görə müvəqqəti olaraq dayandırılıb.

Artıq rayon mərkəzində SMART tipli qaz sayğaclarının quraşdırılmasına start verilmişdir. Mart-iyun ayı ərzində 273 ədəd SMART tipli qaz sayğacı quraşdırılmışdır .

Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin II rübü ərzində 35/10 kv-luq Muradxan, Mollakənd, Pirili, Axtaçı yarımstansiyalarında cari təmir işləri aparılmış, şəhər ərazisində 2,5 km 10 kv-luq hava xətti və 4,5 km 0,4 kv-luq hava xətti yenidən quraşdırılmış, 520 ədəd smartkart tipli sayğac quraşdırılmışdır.

Qarasaqqal Çöhranlı Xirdapay Şilyan kəndlərində istismara yararsız dayaqlar, izolyatorlar və naqillər yenisi ilə əvəz olunmuş, rayon ərazisində 12 ədəd yeni taransformator yarımstansiyası quraşdırılmış, 14 ədəd elektrik transformatoru əsaslı, 48 ədəd isə cari təmir olunmuşdur.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda son 6 ayda əhali sektoru üzrə istehlak edilmiş enerjinin dəyərinin cəmi 59,9 % yığımı təmin edilmişdir.

6 ay ərzində rayon üzrə paylanmış bildiriş üzrə 1818351 manata qarşı 1088483 manat vəsait toplanmışdır ki, bunun nəticəsində 729868 manat debitor borcu yaranmışdır.

Belə ki, Muradxan, Mehdili, Axtaçı, Ərəbqubalı, Böyük Kəngərli, Pirili və Karrar kənd inzibati ərazi dairələri üzrə elektirik enerjisinin yığımı daha zəif təşkil edilmiş, digər nümayəndəliklər üzrə də elektirik enerjisinin yığımı tam təmin edilməmişdir.

Kürdəmir Elektrik şəbəkəsinin işində nöqsanlar hələ də davam etməkdədir. Belə ki, qəzalı vəziyyətdə olan elektrik dirəkləri, köhnəlmiş naqillər, nasaz sayğaclar vaxtlı vaxtında dəyişdirilmir. Nəticədə elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, bu da əhalinin haqlı narazılığına səbəb olur.

Odur ki, rayon Elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunmasına nail olmalı, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi işlərini sürətləndirməli, istifadə edilmiş enerji daşıyıcılarının dəyərinin tam ödənilməsini təmin etməlidir.

Dövlət proqlamına uyğun olaraq 2016-cı ilin II rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2016-cı ilin yanvar ayında havaların şaxtalı keçməsi nəticəsində partlayaraq sıradan çıxmış “Alfasu” smart elektron tipli su sayğaclarının 650 ədədinin bir hissəsi mexaniki sayğaclar vasitəsi ilə dəyişdirilərək su itkisinin qarşısı alınmışdır. Lakin siradan çıxmış su sayğaclarının vaxtında dəyişdirilməməsi səbəbindən əhali tərəfindən suyun israfçılqla istifadə edilməsinə rast gəlinir ki , bu da su itkisinə səbəb olur, su borularında təzyiqin aşağı düşməsinə imkan yaradır.

2016-cı ilin 6 ayında şəhərin H.Əliyev və Bakı prospektləri, M.Ə.Sabir, İ.Məmmədov, Nizami küçələrindəki və Aran qəsəbəsindəki mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. Hesabat dövrü ərzində Bakı şəhərindən kanalizasiya xətlərini yuyan xüsusi texnika gətirilmiş, şəhərin H.Əliyev prospektində və M.Ə.Sabir küçəsində ümumi uzunluğu 2050 p/m olan kanalizasiya borularının içərisinin lili yumşaldırılaraq axın bərpa edilmişdir Şəhərin H.Əliyev prospektində 13 ədəd, Koroğlu küçəsində 3 ədəd, M.Əzizbəyov küçəsində 2 ədəd, 20 yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyyətə gətirilmişdir.

2016-cı ilin 6 ayında 23705 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 93094 manat su pulu yığılmış, ümumi satılmış suyun həcmi 455010 m3 olmuş, 164 qeyri-əhali abonentinə xidmət göstərilmişdir.

Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gündəlik nəzarətə götürülməlidir.

2016-cı ilin 6 ayı ərzində rayon Kommunal Müəsissələri Kombinatı şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış, ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur.

2016-cı il üçün təsdiq olunmuş smetaya əsasən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar 1170 fərdi yaşayış evlərinin sahibləri və 90 kommersiya obyeklərinin rəhbərləri ilə müqavilə bağlanmışdır.

2016-cı ilin 6 ayı ərzində rayon Kommunal Müəsissələr Kombinatı tərəfindən əhalidən 4501 manat, kommersiya obyektlərindən isə 843 manat vəsait toplanmışdır.

Rayon Kommunal Müəssisələri kombinatı və rayon Mənzil İstismar sahəsi bu sahədə işləri daha da genişləndirməli, tullantıların ərazilərdən vaxtlı-vaxtında götürülməsini təmin etməli, obyekt sahibləri ilə izahat işləri aparmalı, küçə və meydanların təmiz saxlanılmasına diqqəti artırmalıdır.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xidmət təşkilatları ilə birlikdə şəhərin təmizliyini daim diqqət mərkəzində saxlamalı, zəruri tədbirlər həyata keçirməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 6 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.
Ölkə Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı töhfə olaraq müvafiq Sərəncamı ilə rayonumuzun yaşayış fonduna daxil olan 21 çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və sərəncama uyğun olaraq, tenderdə qalib gəlmiş “Tac 2014” MMC tərəfindən çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır.

Keçən müddət ərzində “TAC-2014” MMC tərəfindən rayonun Babək küçəsi 5 və 7 saylı 45 mənzilli, Aran qəsəbəsi 1,2,3 saylı 5 mərtəbəli, Aran qəsəbəsi 23,24,25,26, 30 və Heydər Əliyev prospekti 1/5, 1/7, 1/9, 1/50 və 1/68 saylı 2 mərtəbəli ictimai yaşayış binalarında 589 m2 dəmir-betonkəmər tökülmüş, 17131 m2 mansart tipli kirəmit formalı metal vərəqələrlə dam örtüyü vurulmuş, 243 m2 metal plastik dam və blok pəncərələri qoyulmuş, 52 ədəd blok metal qapılar quraşdırılmış, 6366 m2 sahədə binaların fasad divarlarının suvağı sökülərək yenidən vurulmuş, 4752 m2 sahədə fasad divarları emulsiya ilə rənglənmiş, 9221 m2 sahədə pilləkən qəfəsələri suvaqları sökülərək yenidən vurulmuş və emulsiya ilə rənglənmişdir. Beş mərtəbəli yaşayış binalarının kürsü hissəsinə 507 m2 sahədə ağlay üzlük materialı vurulmuş, binalarının pilləkən meydançalarına 167 m2 sahədə metlax döşənmiş, binaların ətrafına 475 m2 sahədə mozaik səki daşları düzülmüş, binaların qarşısına 1370 m2 asfalt örtüyü vurulmuş, 1265 p/m kanalizasiya xətti çəkilmişdir. Hazırda bu işlər davam etdirilir. Şəhərin H.Əliyev prospekti 1 və Bakı prospekti 5A saylı 2 mərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmış, Aran qəsəbəsi 1 və 2 saylı 5 mərtəbəli, Aran qəsəbəsi 23,24,25,26 saylı 2 mərtəbəli yaşayış binalarının ərazisində abadlıq işləri aparılır, parklar salınır.

Əhalinin məşğulluğunun artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin S.Şıxəliyev küçəsi 19,21,22,23,24 və 25 saylı 2 mərtəbəli yaşayış binalarında 3440 m2 sahədə dam örtüyü taxta şəbəkələri ilə birlikdə sinklənmiş metal vərəqələrlə yenidən işlənmiş, 30 m2 metal qapılar qoyulmuş, xarici fasad divarlarına 2040 m2 sahədə, pilləkən meydançalarında 649 m2 sahədə yeni suvaq qatı vurulmuş, pilləkən meydançalarına 142 m2 sahədə metlax üzlük materialı döşənmişdir.

Hazırda şəhərin H.Əliyev prospektində 100 çarpayılıq rayonlararası Psixiatriya Xəstəxanasının tikintisinə başlanılmış, rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublika Təhsil Nazirliyinə vəsait ayrılmış, tərəfimizdən torpaq sahəsi müəyyənləşdirilmiş, hazırda məktəbin layihə-smeta sənədləri hazırlanır.

2016-cı ilin II rübündə telefona olan tələbatla əlaqədar əhaliyə 226 ədəd telefon çəkilmiş, 118 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.

Əhalinin genişzolaqlı internet xidmətinə olan təlabatını ödəmək və xidmətin keyfiyyətini artırmaq məqsədilə 2016-cı ilin hesabat dövründə rayonda ümumilikdə 262 port tutumlu DSLAM avadanlığı quraşdırılmışdır.

2016-cı ilin II rübündə rayonun Sığırlı, Muradxan və Topalhəsənli poçt şöbələri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin II rübündə 21 saylı Kürdəmir Yol İstismarı idarəsi tərəfindən “Azəravtoyol” ASC-nin xətti ilə rayon ərazisində fiziki göstəricisi 1440 m2 olmaqla asfalt beton qarışığı ilə çala təmir işləri görülmüşdür.

Rayon ərazisində küveyt və yolun çiyinləri alaq otlarınadan müntəzəm olaraq təmizlənmiş və avtoqreyderlə hamarlanmış, ərazidə yerləşən yol ötürücü körpülər müntəzəm olaraq təmizlənib yuyulmuşdur.

Yerli əhəmiyyətli Söyüdlər, Sor-Sor, Muradxan, Qurdbayram, Şıxımlı, Yenikənd və sair kəndlərdə yolun gediş-gəliş hissələri və çiyinləri avtoqreyderlə hamarlanmışdır. Hal-hazırda Söyüdlər yolunun 18 km hissəsi cari və orta təmir hesabına yolun gediş hissələrində asfalt beton qarışığı ilə çala təmiri işləri davam edir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin 6 ayı ərzində Kürdəmir şəhərinin küçə və prospektlərində də əsaslı təmir işləri aparılmışdır. Belə ki, şəhərin M.B.Qasımov küçəsində 3070 m2, E.Mikayılov küçəsində 2630 m2, 20 yanvar küçəsində 2130 m2, Köroğlu küçəsində 5573 m2, M.Əzizbəyov küçəsində 2647 m2 və M.Müşfiq küçəsində 3885 m2, cəmi 19935 m2 yeni asfalt örtüyü vurulmuşdur.

Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2016-ci ilin fevral ayının 15-dən may ayının 14-dək rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmişdir.

Rayon üzrə 102 min nəfər tibbi müayinədən keçirilmişdir. Bunlardan 6065 nəfəri ambulator, 781 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 226 nəfəri isə xəstəliyi ilə bağlı müayinə olunması üçün Bakı şəhərinə göndərilmişdir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2016-ci ilin 6 ayı ərzində fəaliyyət göstərən obyektlər üzərində cari sanitariya nəzarəti məqsədi ilə 45 kommunal obyektində 163 müayinə, 74 uşaq yeniyetmə müəsissəsində 165 müayinə, 30 sənaye müəsissəsində 149 müayinə işi aparılmışdır. Malariya xəstəliyinə görə 6961 ədəd qan preparatı müayinə olunmuş, 28 hektar durğun sularda bakterioloji, 17569 km2 yaşayış və qeyri yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.

2016-cı ilin 6 ayında rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1076 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 952 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 124 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2016-cı ilin 6 ayında vətəndaşlardan 690 ədəd müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 300 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 23 ədədi Milli Məclisdən, 16 ədədi Nazirlər Kabinetindən, 53 ədədi digər yuxarı Respublika təşkilatlarından, 298 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı artmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Ölkə rəhbəri tərəfindən qarşımızda mühüm vəzifələr qoyulmuşdur. 2014-2018-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu yolda qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışmalıyıq.

Bu yolda hər birinizə uğurlar diləyirəm.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər