ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

fev-27
16:14 2015
ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ




















MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir. 26 fevral 2015-ci il tarixdə rayonun əmək kollektivlərinin nümayəndələrinin, rayon fəallarının, veteranların, ağsaqqal və ziyalıların, yuxarı sinif şagirdlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımından bəhs edən videoçarxa baxmışlar. Daha sonra Şəhidlərin Xatirə parkı ziyarət edilmişdir. Rayon rəhbərliyi Xocalı soyqırımına həsr olunmuş rəsmlərə, divar qəzetlərinə və kitablardan ibarət sərgiyə baxış keçirmiş, parkı ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar.
Anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, həmin gün Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Xocalı faciəsindən sonra bu qanlı olayın miqyasını xalqdan gizlətməyə çalışan o vaxtkı respublika rəhbərliyi 26 fevralda baş verən erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi bir iş görmədi. Lakin sonrakı illərdə informasiya blokadasını yarıb Xocalıda baş verən qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olan xalqımız, o dəhşətli gecədə həlak olan övladlarının xatirəsini əziz tutmağı, sağ qalanların dərdinə şərik olmağı da bacardı. Yalnız Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində zəruri tədbirlərin hamısı həyata keçirilərək soyqırımla bağlı geniş müzakirələr aparıldı. 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü və tövsiyəsi ilə Milli Məclis Xocalı soyqırımına siyasi qiymət verdi. Fevralın 26-sının Azərbaycanda milli matəm günü kimi qeyd olunması qərara alındı. 1997-ci ildən bu günədək hər il fevralın 26-da saat 17-də ölkə ərazisində soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Respublikamızın ayrı-ayrı bölgələrində Xocalı şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, abidələr ucaldılmışdır.
İcra başçısı bildirmişdir ki, hazırda dünyanın 10-dan çox ölkəsi Xocalı soyqırımını tanımışdır. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünya gəncləri arasında geniş təbliğat və maarifləndirmə işi aparır və bu işlər bu gün də uğurla davam etdirilir.
Natiq vurğulamışdır ki, Ulu öndərimiz Heydər Əliyevin hər bir sahədə qalib gəlməyə qadir olan siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentinin diplomatik yolla apardığı siyasətin müsbət nəticəsini, torpaqlarımızın işğaldan azad olunacağını tezliklə görəcəyimizə inanırıq. Son vaxtlar ermənilərin sərhəd rayonlarında intensivləşən atəşlərinin Azərbaycan ordusu tərəfindən susdurulması və onlara Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab verilməsi ordumuzun artan qüdrətinin əyani nümayişidir. Biz inanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məntiqli xarici siyasət Azərbaycana beynəlxalq aləmdə daha yüksək nailiyyətlər qazandıracaq və 2015-ci il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həlledici il olacaqdır.
Sonra rayonun əmək kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilmiş, dualar oxunmuşdur.
Saat 17:00-da soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Zərdab Rayon İcra Hakimiyyəti

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

ZƏRDABDA XOCALI SOYQIRIMININ 23-CÜ İLDÖNÜMÜ

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər