Novxanı bələdiyyəsi özbaşına qalıb

fev-10
14:24 2015
Novxanı bələdiyyəsi özbaşına qalıb
























Xeberci.info Dia.az-a istinadən xəbər verir ki, bələdiyyələr yarananda camaatımız düşünrdü ki, hər hansı problem üçün rayon mərkəzinə qaçmağa ehtiyac olmayacaq. Yəni yerli idarəetmə orqanı olan bələdiyyələr yerli problemləri elə yerindəcə həll edəcəklər. Ancaq belə olmadı.

Bələdiyyə sözü insanlarımızın düşüncəsində torpaq satan, makler kimi özünə yer elədi. Xalqın səsi ilə deyil, siyahı ilə təyin olunan bələdiyyə üzvlərinin əsas işi torpaq satmaq oldu. Torpağın qiyməti isə son 10 ildə Bakıda və ətraf ərazilərdə astronomik həddə çatıb. Bələdiyyə sədrləri torpaq satmaqla milyonçulara çevriliblər. Belə bələdiyyə sədrlərindən biri də Abşeron rayonundakı Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevdir.
Bizimxeber.az-a daxil olan məlumata görə, Şahin Tağıyev ilin çoxunu xarici ölkələrdə olur, əsasən Belorusiyada şərikli biznesi olduğu üçün bu ölkəyə səfərlər edir. Hər dəfə xarici səfərdən qayıdan bələdiyyə sədri tez-tez dəbdəbəli məclislər təşkil edir, müğənniləri öz məclisinə dəvət edir. Dostları ona məsləhət biləndə ki, ehtiyatlı ol, polislər bir gün kefinə soğan doğraya bilər, bələdiyyə sədri gülür və deyir ki, mən polisin ən zəif və zərif yerini bilirəm.
Görəsən Zakir Fərəcov hara baxır?

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər