«Ayan» MMC-nin rəhbərliyinə vergi ittihamı – ŞOK

iy-13
11:40 2016
Külli miqdarda vəsaitin vergidən yayındırıldığı iddia edilir Ölkəmizdə istehlakçıların hüquqlarının pozulması halları artıb. Vətəndaşlara keyfiyyətsiz və vaxtı keçmiş məhsulların satılması əksər hallarda ciddi fəsadlara yol açır. Qanun pozuntuları daha çox ərzaq məhsulları ilə bağlı olur. Yəni bu sahədə fəaliyyət göstərən istehsalçılar istehlakçılara istifadə müddəti başa çatmış məhsulları yeni adı altında təqdim edərək onların hüquqlarını tapdalayırlar. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunda isə yazılır ki, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Özəl şirkətlərin bir çoxunda vətəndaşların aldadılması hallarına rast gəlinir. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, baş ofisi Bakı şəhəri M.Qaşqay küçəsi 7, istehsalat ünvanı isə Bakı-Sumqayıt şossesinin 20-ci kilometrliyində yerləşən “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ciddi qanun pozuntuları mövcuddur. Qısaca vurğulayaq ki, bu şirkət 2005-ci ildə təsis edilib. “Ayan” MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət “Beloçka”, “Tək-Tək” ağ-qara günəbaxan tumlarının, “Beloçka” şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin “Qızıl Quyu” limonadlarının istehsalı ilə məşğuldur. Əldə etdiyimiz məlumatlara görə, “Beloçka” tumlarının standartlara cavab verən texnologiya ilə tam gigiyenik şəraitdə istehsal olunduğu bildirilsə də, əslində, belə deyil: “Tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır.Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır.

Bir neçə dəfə “Beloçka” tumlarından zəhərlənmə halları qeydə alınıb. Amma şirkət rəhbərliyi hər dəfə məsuliyyəti üzərindən atmağa müvəffəq olub. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə ciddi nəzarət olunmur». «Ayan» MMC-nin istehsal etdiyi “Qızıl Quyu” limonadlarının da keyfiyyəti qənaətbəxş deyil. “Qızıl Quyu” limonadlarının üzərində məhsulun yumşaldılmış və süzülmüş Şahdağ suyundan gürcü texnologiyası ilə hazırlandığı iddia edilir. Amma bu sahəyə yaxın olanlar bildirir ki, içkinin qəbulu zamanı dad gerçəyi ortaya qoyur. Məlumatlara görə, bu limonadlar Xaçmaz dağlarından gələn bulaq suyundan deyil, “Azərsu”nun su kəmərlərindən ötürülən adi sulardan hazırlanır və bazara təqdim olunur. Ehtimal ki, Benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda, limonadların tərkibinə bu maddədən vurulur. Bu hallar dünya bazarına çıxmaq istəyən bir MMC-nin uğuru sayıla bilməz. Daha bir məlumata görə, yay fəsilinin başlaması ilə əlaqədar bütün su istehsalı ilə məşğul olan şirkətlərdə ciddi yoxlamalar aparılır. Amma “Ayan MMC” bu yoxlamalardan kənarda qalır. Səbəb isə bəlli deyil. Mötəbər mənbələrdən aldığımız məlumatlara görə, şirkətin aylıq gəliri yüksək olsa da, bu özünü vergi ödəmələrində göstərmir. Belə ki, şirkət rəhbərliyinin külli miqdarda vəsaiti vergidən yayındırdığı iddia olunur. Əgər belə bir iddia varsa, o zaman Vergilər Nazirliyinin əməkdaşları dərhal MMC-də yoxlamalara başlamalıdır. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin yetkili şəxsləri də şirkətin fəaliyyətini dərindən araşdırmalıdır. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com


«Ayan» MMC-nin rəhbərliyinə vergi ittihamı – ŞOK
«Ayan» MMC-nin rəhbərliyinə vergi ittihamı – ŞOK

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər