Bakının iki rayonuna yeni prokurorlar təyin edildi

fev-25
14:33 2015
Bakının iki rayonuna yeni prokurorlar təyin edildi




















Zakir Qaralov əmr imzalayıb

Bakının mərkəzi rayonlarından olan Yasamal və Nərimanova yeni prokurorlar təyin edilib.

Xeberci.info Lent.az-a istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə daha əvvəl Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi işləmiş baş ədliyyə müşaviri Rasim Hacıyev Yasamal rayon prokuroru vəzifəsinə təsdiqlənib.

Bundan başqa daha əvvəl Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışmış Vüqar Əliyev Nərimanov rayon prokuroru vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, bir müddət idi ki, R.Hacıyev Yasamal rayon, V.Əliyev isə Nərimanov rayon prokurorunun vəzifəsini icra edirdi. Baş prokurorun imzaladığı müvafiq əmrlərlə onlar bu vəzifələrə rəsmən təsdiqləniblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər