Nazirin 10 qəpiyə ehtiyacı var? - İDDİA

iy-12
12:17 2016
Azərbaycanda dövlət tərəfindən digər sahələrə olduğu kimi, səhiyyəyə də kifayət qədər vəsait ayrıır. Və bu vəsait Bakıda, eləcə də paytaxtın rayon və qəsəbələrində fəaliyyət göstərən poliklinikalara, xəstəxanalara və dövlət tərəfindən maliyyələşən digər səhiyyə ocaqlarına tibbi avadanlıqların, ləvazimatların, dərmanların alınması, pasiyentlərin müayinəsi və s. məqsədlərə sərf olunması üçün nəzərdə tutulur.

Vətəninfo.azxəbər verir ki, buna baxmayaraq bu gün yenə də Azərbaycanın səhiyyə sistemində məmur özbaşınalığı, rüşvətxorluq baş alıb gedir. Və bu gün Paytaxt Bakının bütün rayonlarında bu rüşvətxorluğu görmək olar. Belə polikilinikalardan biri də Səbail rayonunda yerləşən 13 saylı poliklinikadır. Burada özbaşınalığın, məqsədli şəkildə pasiyentin incidilməsinin bir daha şahidi olduq. Sözügedən poliklinikada xəstənin həkim tərəfindən qəbulu, sözün həqiqi mənasında, labirintdən keçir: belə ki, həkimin qəbuluna düşmək istəyən xəstə, əvvəlcə, kompyuterdən çıxarış almalıdır və bunun üçün 10, yaxud 20 qəpik ödəməlidir. Sual olunur: əgər bu gün pasiyentlərdən bu yolla 10 qəpik yaxud da 20 qəpik məbləğdə pul yığılırsa, bəs onda səhiyyəyə ayrılan milyonlarla vəsaitlər hara və necə xərclənir?

Görəsən pul yığmaqdan gözü doymayan və bərbad vəziyyəti ilə neçə-neçə insanın ölümünü adiləşdirən səhiyyə sisteminin abadlaşacağı gün olacağmı?

Bunun cavabın isə ölkə səhiyyəsinə rəhbərlik edən Oqtay Şirəliyev verə bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər