Rövnəq Abdullayev: Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm

iy-09
07:18 2016
Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.
Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh, əmin-amanlıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərində mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bu əziz bayram günündə yad edərək, hamısına rəhmət, onların yaxınlarına, bütün xalqımıza səbr diləyirəm.
Ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımıza salamlarımı və bayram təbriklərimi yetirirəm. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğu və xalqımızın firavan həyata qovuşması yolunda apardığınız işlərdə hamınıza uğurlar arzulayıram.
Bu əziz bayram günündə hər birinizə cansağlığı və xoşbəxtlik diləyirəm.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər