Təhsil sahəsində 21 vəzifəli şəxs işdən çıxarılıb

iy-06
07:57 2016
41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib

Təhsil sistemində korrupsiya və digər neqativ hallarla mübarizə 2015-ci ildə də əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalıb.

Təhsil Nazirliyinin 2015-il üzrə illik hesabatında qeyd olunub ki, bu iş iki istiqamətdə - ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır.

Hesabatda bildirilir ki, ötən il 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 21 vəzifəli şəxs tutduğu vəzifədən azad edilib, 41 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq edilib.

Korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasına sistemli yanaşma tətbiq edilərək müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələri diplomlarının elektron bazasının yaradılması sahəsində effektiv sistem yaradılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər