Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə

fev-24
14:51 2015
Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə






















Nazir açıqlama verdi

Prezidentin Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq.

Bu barədə nazirlikdən məlumat verilib.

Nazir Səlim Müslümovun sözlərinə görə, bu ünvanlı sosial yardım almaq istəyənlərin işini asanlaşdıracaq:

“Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı yaradacaq.

Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər”- deyə, nazir bildirib.

S.Müslümov bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər