Lalə Şövkət Milli Şuradan niyə getdi?

sen-07
16:37 2013
Lalə Şövkət Milli Şuradan niyə getdi?

Əli Əliyev: “Rusiya öz adamlarını Milli Şuradan geri çağırır”


Milli Şuranın liderlərindən biri, Azərbaycan Liberal Partiyasının (ALP) fəxri sədri Lalə Şövkət Hacıyeva Milli Şuranı tərk edib. ALP sədri Əvəz Temirxanın verdiyi məlumata görə, o, Milli Şurada digər şəxslə əvəzlənməsini xahiş edərək, qurumdan ayrıldığını bildirib.

Editor.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirdi ki, Lalə Şövkətin bununla bağlı qərarını təbii qarşılayır: “Lalə Şövkət siyasətdə sabit adamdır. Yəqin ki, ciddi əsasları olmasaydı, Milli Şuranı tərk etməzdi. Mən elə ilk günlərdən onu və digər hörmət etdiyim şəxsləri Milli Şuraya qoşulmamağa dəvət etmişdim. Çünki bu layihə Rusiyanın layihəsi idi. Kimlərsə bura bilməyərəkdən qoşula bilər, ola bilər ki, Lalə Şövkət də bilməyərəkdən qoşulub. Amma kim bu həqiqəti bilə-bilə bu qərarı veribsə, demək o, siyasətdə təhlükəli adamdır. Mən demirəm ki, Lalə Şövkət Rusiyanın adamıdır. Amma gerçəklik ondan ibarətdir ki, artıq Rusiya öz adamlarını Milli Şuradan geri çağırır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər