İsmayıllı-Qəbələ yolunda dəhşətli qəza: ölənlər var - ADLAR

iy-03
10:19 2016
Bu gecə İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib

Lent.az-ın məlumatına görə, İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri - 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər