Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq

iy-03
09:13 2016
Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq.

Bunu Trend-ə Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib.

Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.

Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində "Yak-40" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq.

“Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, - Adıgözəlov bildirib.

Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər