Azər Abbasov: Ölkəmizin dinamik inkişafı mədəniyyət və turizm sahələrində də əksini tapır

in-30
09:55 2016
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü mədəniyyət siyasətinin nəticəsidir ki, son illər ölkəmiz bir sıra beynəlxalq konfrans və festivallara ev sahibliyi etməkdədir. Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant, mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Son illər Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə şəklini alması bunu bir daha sübut edir. Belə Forumların keçirilməsində əsas məqsəd xalqları, sivilizasiyaları bir araya gətirməkdən ibarətdir. Prezident İlham Əliyevin dediyi kimi «Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq».

Bu gün mədəniyyət sahəsinin inkişafı müxtəlif formalarda özünü göstərir. Çünki ildən-ilə mədəniyyət müəssisələrinin tikinti və əsaslı təmiri genişlənir, əhalinin mədəni istirahəti üçün hərtərəfli şərait yaradılır, mədəniyyət və incəsənət sahəsində istedadların aşkara çıxarılması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün geniş miqyaslı tədbirlər həyata keçirilir. Son illər 25 dövlət teatrının, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox mədəniyyət saraylarının maddi-texniki bazası müasir tələblər səviyyəsində qurulmuşdur. Bölgələrdə Heydər Əliyev Mərkəzləri tikilmişdir. Artıq Azərbaycan mədəniyyətinin daha geniş auditoriyalarda təbliğinə xidmət edən genişmiqyaslı layihələr həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, İNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi və mədəni sərvətimizin qorunması, onun gələcək nəsillərə çatdırılması, xalq sənətkarlığının inkişafı, muğam sahəsində yeni istedadların üzə çıxarılması, eləcə də mədəni irsimizin müxtəlif sahələrində reallaşdırılan layihələr dövlətimizin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətə böyük dəstək kimi qiymətləndirilir.

Bir çox şəhərlərin müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtlarının seçilməsi 2015-ci ildə də davam etdirilmişdir. 2015-ci ildə Şamaxı «Ədəbiyyat Paytaxtı», Qax «Milli Mətbəx Paytaxtı» elan edilmişdir ki, bu da mədəniyyət dəyərlərinin qorunması və inkişafına şərait yaradılması deməkdir.
Daha bir yenilik «Bölgələrdən Paytaxta» adlı mədəniyyət layihələrinə start verilməsi olmuşdur. Bu layihə çərçivəsində Masallı, Qəbələ, Gədəbəy, Quba, İsmayıllı, Şəki və Şəmkirin mədəniyyət kollektivlərinin Bakı şəhərinin ən nüfuzlu konsert salonlarında çıxışları müsbət qarşılanmış və böyük marağa səbəb olmuşdur.

Möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq respublikamızda mədəniyyət və turizm sahələrinin inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, mədəni irsimizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da səylə davam etdirəcəyik.

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər