Bakı metrosu yeni qrafikə keçir

in-22
05:25 2016
Bakı metrosu yeni qrafikə keçir























Gecə saatlarına yaxın qatarlar arasında interval uzadılacaq

İyunun 22-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yay qrafikinə keçir.

Qurumun rəsmi saytı xəbər verir ki, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.

Pik saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq (pik saatları səhər 08:00-dan 10:00-a qədər, axşam 17:00dan 19:30-a qədərdir).

Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Gecə saatlarına yaxın qatarlar arasında interval uzadılacaq.

“28 May” stansiyasından sonra həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə intervalla hərəkət edəcəklər.

Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər