Vidadi İsayev şəhid ailələrinin adından pul yığır

in-09
13:05 2016
Vidadi İsayev şəhid ailələrinin adından pul yığır

















Bərdədə şəhid ailələrinin adından pul yığılır. Bu barədə MilliYol.Az-a rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib.

Məlumatda bildirilir ki, icra başçısı Vidadi İsayevin tapşırığı ilə idarə və müəssisə rəhbərlərindən pul yığılır. Guya yığılan pulla şəhid ailələrinə yardım ediləcək. Deyilənə görə, başçı böyük idarələrin rəhbərlərindən 500, kiçik müəsissələrin rəhbərlərindən 300 manat alır.

Mənbənin sözlərinə görə, bu aprel döyüşlərindən sonra Bərdədə şəhid ailələri üçün keçirilən ikinci “pul yığma kapmaniyası”dır. Amma yığılan vəsaitin ünvanına çatıb-çatmadığını heç kim bilmir. Ümumiyyətlə, şəhid ailələri üçün pul yığmağa hansı zəruriətdən ehtiyac yarandığı da məlum deyil. Dövlət vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinin təminatı üçün kifayət qədər vəsait ayırır. Bəs Vidadi İsayevin iki ayda iki dəfə idarə və müəssisə rəhbərlərindən pul toplamasının səbəbi nədir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər