Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinatlar olub

dek-25
17:14 2014
Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinatlar olubAPA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. Yoxlamaların nəticəsi olaraq işdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.

Yoxlamaların Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər