Baş həkimin birinci müavini öz işini sevir

dek-25
19:21 2014
Baş həkimin birinci müavini öz işini sevirAğsu rayon mərkəzi xəstəxanasının baş həkiminin birinci müavini Əli Hüseyinov məlumat vererək bildirir
Ağsu rayon mərkəzi xəstəxanası və bu struktura aid tibb müəssisələri öz işlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tələbləri səviyyəsində qurmaqla, gigiyena və epidemiologiya mərkəzi ilə əlbir fəaliyyətin nəticəsi olaraq rayondakı epidemioloji şəraitə də nəzarəti lazımınca həyata keçirir. Mən buradaca söhbətimi rayon mərkəzi xəstəxanası strukturunda birləşən ümumrayon səhiyyə müəssisələri haqqında davam etdirməliyəm. Ağsu rayonundakı tibb müəssisələri işlərinin öhtəsindən layiqincə gəlirlər. Mərkəzi xəstəxana poliklinika, qəbul, təcili yardım, uşaq, cərrahiyyə, doğum, ginekologiya, reanimasiya, burun, qulaq, boğaz xəstəlikləri, terapiya, yoluxucu xəstəliklər, fizoterapiya, laboratoriya və aptek şöbələrindən ibarətdir. Həkimlərimiz də müasir tələbatla ayaqlaşmağa, peşəkarlıqlarını daha da yüksəltməyə çalışırlar. Keçən il rayonda ana ölümü qeydə alınmamışdır
Rayon rəhbərliyi məsələyə ciddi münasibətdədir.Öyrənirik ki, əhalinin sağlamlığının qorunması məsələsi rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seydəliyev tez-tez tibb müəssisələrində olur, görüş və söhbətlər zamanı əhaliyə səhiyyə xidmətinin daha da yüksəltməyin vacibliyindən danışır. Bu görüşlər zamanı rayon sakinləri də onlara göstərilən tibbi xidmətdən və dövlət qayğısından razılıq edirlər.
Göründüyü kimi,Ağsu rayonunda əhaliyə tibbi xidmətin səviyyəsi bütün istiqamətlər üzrə inkişafdadır. Təbii ki, bəzi hallarda yüksək peşəkarlıq məsələsi xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyi bu məsələnin də həllinə çalışır. Həkimlərin ixtisaslaşdırılması, təcrübə mübadilələri və digər tədbirlər bu məqsədə xidmət edir. Əsas odur ki, kənd səhiyyəsi ildən-ilə inkişaf edərək müasirləşir, əhalinin sağlamlığı yolunda ciddi addımlar atır. Biz bu cür yüksəlişi və müasirləşməni Ağsu rayonunun timsalında gördük və yazdıq.


Rövşən İnqilab

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər