Qocalar evində kütləvi zəhərlənmə, 3 ölü

dek-23
14:53 2014
 Qocalar evində kütləvi zəhərlənmə, 3 ölüResmixeber.az Verdiyi məlumata görə,İranın Tehran əyalətinin Pakdəşt şəhərində qocalar evində keyfiyyətsiz xörək 30 nəfərin zəhərlənməsinə səbəb olub. Bunu ölkənin Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi deyib.M.Xalidi bildirib ki, zəhərlənən şəxslərdən 3-ü təcili tibbi yardım gələnə kimi həyatını itirib, 27 nəfər isə xəstəxanaya çatdırılıb.Onun sözlərinə görə, ölənlərin hər üçü kişidir: “Xəstəxanaya çatdırılan şəxslərin vəziyyəti qənaətbəxşdir. Yalnız bir nəfərin vəziyyəti ağır olduğu üçün Tehranın Loğman xəstəxanasına köçürülüb”.Hadisə ilə bağlı cinayət işi açılıb, xörəkdən nümunə götürülüb, ekspertizaya göndərilib və araşdırmalar davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər