Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO

may-30
06:32 2016
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO




















Hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb

Bakının Nəsimi rayonunda baş verən zəncirvari qəzada 7 maşın əzilib.

Hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb.

Qumla yüklü 99 XG 630 dövlət nömrə nişanlı “KamAZ” iki mikro avtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus “Mercedes” markalı sərnişin mikroavtobusu, dördü isə “Mercedes” markalı minik avtomobilləridir. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər.

Hadisə yerində araşdırma aparan polislərdən verilən məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra “KamAZ”ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb.

Qəza baş verən tuneldə böyük tıxac meydana gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO
Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi - FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər