Ərdoğan Yıldırıma yeni hökumət formalaşdırmağı tapşırdı

may-23
05:19 2016
Ərdoğan Yıldırıma yeni hökumət formalaşdırmağı tapşırdı























Qərar siyasi birliyinin növbədənkənar qurultayında qəbul edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni seçilmiş lideri Binali Yıldırıma respublikanın yeni hökumətini formalaşdırmağı tapşırıb.

Bu barədə NTV ölkə prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Qeyd edək ki, bu gün Türkiyənin nazirlər kabinetinin rəhbəri Əhməd Davudoğlu istefa xahişi ilə prezidentə müraciət edib. Ərdoğan sənədi təqdir edib və yeni kabinet formalaşanadək Davudoğluna hökumət rəhbərinin vəzifəsini icra etməyi tapşırıb.

Gözlənildiyi kimi, Türkiyənin yeni Baş naziri vəzifəsinə bu gün AKP-nin rəhbəri təyin olunmuş Binali Yıldırım seçiləcək. Qərar siyasi birliyin növbədənkənar qurultayında qəbul edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər