Sabirabadın baş həkimi Əli Kərimliyə xidmət edir?

may-15
12:11 2016
Sabirabadın baş həkimi Əli Kərimliyə xidmət edir?















Əziz Mikayılov dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda və iqtidarın əleyhinə xoşagəlməz fikirlər səsləndirməkdə ittiham olunur Onun vaxtilə Rusiya bazarlarında alver etməsinə dair iddialar var Son illər ərzində səhiyyəmizin inkişaf etdirilməsi məqsədilə bir sıra mütərəqqi addımlar atılsa da, tibb ocaqları müasir avadanlıqlarla təchiz olunsa da, bu sahədə problemlər bitib-tükənmək bilmir. Paytaxtda fəaliyyət göstərən səhiyyə müəssisələri ilə müqayisədə bölgələrdə vəziyyət daha bərbaddır. Belə ki, əyalətlərdə yerləşən səhiyyə mərkəzlərinin rəhbər işçiləri vəzifələrinə lazımi səviyyədə diqqət yetirmirlər. Bunun nəticəsində regionlarda tibbi xidmətlərin səviyyəsi ildən-ilə aşağı düşür. Sabirabad rayonunun səhiyyə sistemi haqqında xoş sözlər söyləmək çətindir. Məlumatlı mənbələrdən gundelik-baku.com saytına daxil olan məlumatlara görə, Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Əziz Mikayılov nazir Oqtay Şirəliyevin etimadından istifadə edərək bir sıra qanunsuzluqlara imza atır. Baş həkimin işində yol verdiyi nöqsanlara keçməmişdən öncə bildirək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası 320 çarpayıdan ibarətdir. 205 çarpayı xəstəxanada yerləşməklə 7 şöbəni əhatə edir. RMX-də cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-qinekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir. Mənbəmizin dediyinə görə, Əziz Mikayılov baş həkim vəzifəsinə təyin olunandan sonra xəstəxanada vəziyyət olduqca pisləşib: “Əziz Mikayılovun vəzifəyə təyin olunması ilə Sabirabad səhiyyəsində problemlər daha da dərinləşdi. Onsuz da xəstəxananın köhnə rəhbərliyinin dövründə kifayət qədər problem meydana gəlmişdi. Yeni baş həkimin işinə qarşı göstərdiyi məsuliyyətsizlik bunu daha da artırdı. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlər ürəkaçan səviyyədə deyil. Rayon sakinləri pulsuz səhiyyənin üstünlüklərindən yararlana bilmirlər. Həkimlər bura gələn insanlara sözün əsl mənasında qiymət oxuyurlar. Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar. Xəstəxanada hər addımbaşı vətəndaşlardan “şirinlik” tələb olunur. Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəysə umulur. Halbuki, ölkə başçısının bir neçə il əvvəl verdiyi qərara əsasən, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında pulsuz tibbi xidmət göstərilməlidir. Əziz Mikayılovun isə sanki bundan xəbəri yoxdur”. Mənbə iddia edir ki, Ə.Mikayılov baş həkim postuna əyləşəndən sonra maddi vəziyyətini yaxşılaşdırmağı bacarıb: “Sabirabadda və Bakıda özünə xoş güzəran yaradan xəstəxana rəhbəri müsbət işlərlə məşğul olmur. Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya ayrılan dərman preparatları və təsərrüfat malları təyinatı üzrə sərf edilmir. Xəstəxanada qeydiyyatda olan güzəştli xəstələr dərmanı pulla alırlar. Amma dövlət hər ay onlara dərman göndərir. Əziz Mikayılov səhiyyə müəssisələrinin ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən ayrılan 22-24 min manat, əmlakın cari təmiri ilə bağlı mal-materiala ayrılan 55 086 manat, dəftərxana və təsərrüfat ləvazimatları üçün ayrılan 63 118 manat, yumşaq inventar və yataq ləvazimatlarına ayrılan 64 502 manat, avadanlıqların satın alınması üçün ayrılan 134 000 manat, digər maşın və avadanlıqlar üşün isə ayrılan vəsait kağız üzərindəcə yazılıb-pozulur, heç bir iş görülmədən bu pullar ancaq ciblərə axır. Həkim və xəstələr rayon səhiyyə müəssisələrində vəsait çatışmazlığından, ərzaq təminatının aşağı olmasından və ümumiyyətlə xəstəxanalardakı biabırçı vəziyyətdən şikayətləndikdə Əziz Mikayılov laqeydcəsinə çiyinlərini çəkərək bütün vəsaiti mərkəzdən gələn yoxlamaların və icra başçısının onun əlindən aldığını deyir. Rayondakı Perinetal Mərkəzdə vəziyyət daha acınacaqlıdır. Ana və uşaq ölümləri bir-birini əvəz edir. Həkim məsuliyyətsizliyi ucbatından hər ay belə faktlar qeydə alınır». İddialara əsasən, Əziz Mikayılov həkimlikdən əvvəl Rusiya bazarlarında nar və xurma satmaqla məşğul olub: «Hətta bir dəfə ondan nəyə görə Azərbaycanda həkim işləməməsi barədə soruşulub. O isə «hazırkı iqtidarın zamanında Azərbaycanda qalmaq günahdır» deyərək bu formada cavab verib. Amma necə oldusa, kimlərinsə sayəsində baş həkim təyin olundu. O baş həkim təyin olunandan sonra Yeni Azərbaycan Partiyasına üzv olub. Bundan başqa, Əziz müəllim rayon xəstəxanasında anistezoloq işlədiyi dövrdə dövlət orqanlarını aldadaraq eyni zamanda 33 saylı TSEK-də reablitasiya həkimi işləyib». Baş həkimin fəaliyyətindəki qanun pozuntuları bunlarla bitmir. Deyilənə görə, xəstəxanada 22 maşın qeydiyyatda olmasına baxmayaraq, onlardan 16-sı faktiki nasazdır. Yalnız 6 işlək maşına dövlət büdcəsindən hər il 170 000 manat ayrılır. Bu barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Həmçinin bir neçə stomatoloqun xadimə kimi sənədləşdirilməsi, Əziz Mikayılovun bir müddət əvvəl hansı xarici ölkədə dincəlməsi haqda şok faktları açıqlayacağıq. Bizi izləyin. Bütün bu deyilənlərlə bağlı baş həkimin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər