“Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələr – SİYAHI

may-13
07:10 2016
“Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələr – SİYAHI























Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək

Mayın 12-də Bakı vaxtilə saat 23.00-da Stokholm şəhərində “Eurovision 2016”nın II yarımfinal mərhələsi keçirilib. Müsabiqə, aparıcılar Petra Mede və Mons Selmerlövun maraqlı performansı ilə başlayıb. Mahnı Müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanıb.

Avropa Yayım Birliyi tərəfindən Belarus təmsilçisi İvanın çılpaq şəkildə canavarlarla birlikdə səhnəyə çıxmasına icazə verilməyib. Lakin ifaçının arzusu xüsusi səhnə qrafikası ilə gerçəkləşib. Və aparcılardan biri - Mons Selmerlöv müğənnin çıxışı bitən kimi səhnədə bir neçə saniyəlik yarıçılpaq şəkildə, əlində oyuncaq canavarla görünüb. Bu isə “Globen Arena”da maraqla qarşılanıb.

İkinci yarımfinal mərhələsində 18 ölkə - Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya, Belçikanın təmsilçiləri finala keçmək uğrunda mübarizə aparıb.

Çıxışlardan sonra keçirilən 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Qeyd edək ki, səsvermə prosesi 50% telesəsvermə, 50% münsif səsverməsi ilə keçirilir.

“Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələrin siyahısı:

1. Latviya
2. Gürcüstan
3. Bolqarıstan
4. Avstraliya
5. Ukrayna
6. Serbiya
7. Polşa
8. İsrail
9. Litva
10. Belçika


Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya, Böyük Britaniyadır.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər