Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır - YENİLƏNİB

may-05
09:46 2016
Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır - YENİLƏNİB






















Yaxın zamanda baş nazir bəyanatla çıxış edəcək

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu istefasını elan edə bilər.

Bu barədə NTV telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Davudoğlu iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının idarə heyətinin iclasından sonra mətbuat konfransı keçirəcək.

Konfransda baş nazir vəzifəsindən istefası barədə bəyanat verə bilər. Həmçinin bəyanatın mətbuat konfransı olmadan dərc ediləcəyi variantı da gözdən keçirilir.

11.11

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu ilə görüşün nəticələrinə görə, onu baş nazir və partiya sədri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.

“Cumhuriyet” xəbər verir ki, Davudoğlu və Ərdoğan arasında son zamanlarda təzahür edən fikir ayrılığını mayın 4-də baş tutan görüş zamanı aradan qaldırmaq mümkün olmayıb.

Nəticədə Ərdoğan Davudoğlu ilə vidalaşmaq qərarına gəlib.

Yaxın günlərdə Davudoğlunun bəyanatla çıxış edəcəyi gözlənilir. 20 gün ərzində isə Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı baş tutacaq, qurultay zamanı partiyanın yeni rəhbəri seçiləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər