İlham Əliyev: “Bu yaxınlarda tarixi hadisə baş verdi...”

sen-24
16:44 2014
İlham Əliyev: “Bu yaxınlarda tarixi hadisə baş verdi...”
















“Şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam rəqabətdir”.

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

“Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayıb: “Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş verib. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət”, deyə dövlət başçısı qeyd edib.

Prezident İ.Əliyev Qəbələdə artıq fəaliyyət göstərən otellərdə xidmətin yaxşı səviyyədə olduğunu qeyd edərək, istifadəyə verilən yeni oteldə də belə olacağına, insanlar üçün yeni iş yerlərinin açılacağına əmin olduğunu bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər