V ixtisas qrupu ilə bağlı ərizə qəbulu başlayır

may-03
06:19 2016
V ixtisas qrupu ilə bağlı ərizə qəbulu başlayır






















TQDK məlumat yaydı

Bu gündən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayır.

V ixtisas qrupuna ərizə qəbulu 3-17 may tarixlərində aparılacaq.

Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

Bu abituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər mayın 3-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Yalnız V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.

Abituriyentin elektron ərizəsi yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən aprelin 29-dək aparılıb. Bu qruplar üzrə ali məktəbə qəbul olmaq üçün 83 minə yaxın abituriyent sənəd verib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər