Novruz Məmmədov: “Əldə etdiyimiz nailiyyətlər asan başa gəlməyib”

sen-20
12:54 2013
Novruz Məmmədov: “Əldə etdiyimiz nailiyyətlər asan başa gəlməyib”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin TRT telekanalına Azərbaycanın və Türkiyənin iştirakı ilə iri regional layihələrin həyata keçirilməsi ilə bağlı şərh verib.


Gün.Az-ın verdiyi xəbərə görə, Prezident Administrasiyasının şöbə müdiri diqqəti istismara verilməsi 2014-cü ildə nəzərdə tutulan Bakı-Tbilisi-Qars (BTQ) dəmriyolu layihəsinin həyata keçirilməsinə cəlb edib.

“Bu olduqca mühüm strateji layihədir. Vaxtilə bir sıra dövlətlər sözügedən layihənin gerçəkləşdirilməsinin əleyhinə çıxmışdılar, lakin Türkiyənin və Azərbaycanın rəhbər şəxslərinin qətiyyətli mövqe nümayiş etdirmələri sayəsində “dəmir ipək yolu” reallığa çevrildi” – deyən N.Məmmədov bununla yanaşı qeyd edib ki, BTQ dəmiryolu sayəsində Londonla Pekin arasında birbaşa dəmiryolu rabitəsi ilk dəfə olaraq, yoluna qoyulacaq.

“Bu gün əldə etdiyimiz nailiyyətlər asan başa gəlməyib. Məmnunluq doğuran daha bir fakt ondan ibarətdir ki, məhz türk dövlətləri belə bir tarixi addımı atmağa nail ola bildilər və qədim İpək yolunu, daha doğrusu, BTQ-ni bərpa etdilər” – Novruz Məmmədov vurğulayıb.

Daha sonra o diqqəti daha bir məsələyə yönəldərək bəyan edib ki, bugünkü gündə müxtəlif ölkələrlə energetika sahəsindəki əlaqələr həm də siyasi münasibətlərin inkişafına birbaşa öz təsirini göstərməkdədir.

“Energetika dövlətlərin iqtisadi əməkdaşlığının əsas və aparıcı sahələrindən biridir. Əminəm ki, bu sahə Azərbaycanın və Türkiyənin Avropa ölkələri ilə daha da yaxınlaşmasına öz töhfəsini verəcək” – deyən N.Məmmədov eyni zamanda daha bir iri layihənin – Transanadolu qaz kəməri (TANAP) layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“TANAP təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətə malik olan layihədir. Sevindirici haldır ki, sözügedən enerji layihəsinin gerçəkləşdirilməsini də iki qardaş dövlət – Türkiyə və Azərbaycan həyata keçirirlər” – deyə, Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib.

O həmçinin qeyd edib ki, bugünkü günədək bir çox Avropa dövlətləri TANAP-ın davamı olacaq TAP (Transaralıq boru xətti) layihəsinə maraq göstərirlər.

“İtaliya çox güman ki, Azərbaycan qazının tədarükünün son nöqtəsi olmayacaq. Tamamilə mümkündür ki, gələcəkdə Avropanın başqa dövlətləri də TAP layihəsinin şaxələnməsi nəticəsində bizim “mavi yanacağımızı” əldə edə biləcəklər”, – N.Məmmədov qeyd edib.

Daha sonra N.Məmmədov bəyan edib ki, Azərbaycanla Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələri də inkişaf etməkdədir.

“İki ölkənin rəhbər şəxsləri ikitrəəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək üçün çalışırlar. O cümlədən, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayələrin ümumi həcmi tezliklə 17 milyard dolları ötəcək ki, bu da hələ son göstərici deyil” – o, bildirib.

Şərhinə yekun vuran N.Məmmədov KİV-ləri Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri mövzusunu mümkün qədər diqqətlə işıqlandırmağa və neqativ məlumatların yayılmasından uzaq durmağa çağırıb.

“Bu yaxında Türkiyənin bir sıra media orqanları Azərbaycanın birinci xanımı barədə yalan məlumat yaymışdılar. Hesab edirəm ki, bu qəbildən olan məlumatlar iki ölkə arasındakı dostluq münasibətlərinə xeyir gətirmir” – N.Məmmədov qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər