İran dörd gənci edam etdi

sen-19
18:51 2014
İran dörd gənci edam etdi














İran hökuməti müxalif olduqları və rejimi tənqid etdikləri üçün 4 gənci edam edib.
İran Milli Müqavimət Şurasının (NCR) verdiyi açıqlamada Bəhram Kiani, Ədalət Rəhmi, Məhəmməd Cəmşidi və Cahanbaxış adlı məhkumlar Şiraz şəhərinin ən böyük meydanında edam edilib.

Edam edilənlərin günahı rejimin siyasətini tənqid etmək və rejimə qarşı müxalif mövqedə dayanmaq olub.

NCR-nin məlumatına görə, Həsən Ruhaninin prezident seçilməsindən sonra bu edamların sürətlə artıb.

BMT Baş katibi Pan Ki Mun da verdiyi açıqlamasında Həsən Ruhaninin ifadə azadlığı barədə verdiyi vədlərin hələ ki, özünü doğrultmadığını bildirmişdi.

Xatırladaq ki, etibarlı mənbələrdən verilən məlumata görə, İranda son bir ayda 160-dan çox adam edam edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər