İlham Əliyev: “Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır“

sen-19
13:45 2014
İlham Əliyev: “Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır“














"Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazir Əhməd Davudoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktivliyinə görə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu münaqişənin postsovet məkanında digər münaqişələrdən fərqi ondadır ki, burada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur. Bu qurum 4 qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq ona məhəl qoymur və onları icra etmir. 20 faiz torpaqlarımız işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə gətirmir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur".

İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır: "Bu qərar və qətnamələr əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişə öz həllini tapmalıdır və əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir".

Dövlət başçısı fürsətdən istifadə edərək Türkiyə hökumətinə, dövlətinə həmişə Azərbaycanın yanında olduğuna görə öz minnətdarlığını bildirib: "Türkiyə həmişə ədalətli mövqe nümayiş etdirmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir mövqe. Əlbəttə ki, gələcəkdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həlli bölgəyə sülh, barış, genişmiqyaslı əməkdaşlıq gətirəcək. Bu əməkdaşlıq var, ancaq Ermənistan işğalçı siyasətinə görə bütün bu əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl imkanlar yaranacaqdır. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və var gücümüzlə çalışacağıq ki, münaqişə tezliklə həllini tapsın".

Prezident İlham Əliyev bildirib ki, görüşdə digər məsələlər də müzakirə edildi: "Biz bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq-qardaşlıq əlaqələridir, müttəfiqlik əlaqələridir və gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf fəal çalışacaqdır".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər