Nadir Qafarzadənin qohumu şəhid oldu – FOTO

apr-06
12:56 2016
Nadir Qafarzadənin qohumu şəhid oldu – FOTO























“Gözlərimin önündə böyümüşdü”

Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.

Bu barədə ifaçının özü məlumat verib. O bildirib ki, gözləri önündə böyüyən dayısı nəvəsinin ölümünə inana bilmir:

“Şəhidlərimizin ölümünə çox pis oldum. Neçə-neçə ailələr gözü yaşlı qaldı. Gözlərimin önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Çox pis oldum. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq.

Mən bir müğənni kimi bu gün üzərimə düşəni etməyə çalışıram. Ötən gün prodüser Tolikin təşəbbüsü ilə rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Elton Hüseynəliyev, Aysel Əlizadə, Zemfira İbrahimova və digər həmkarlarımla birgə cəbhə bölgəsinə getdik. Əsgərlərə dəstəyimizi bu cür nümayiş etdirdik. Şəhidlərin ailələrinə başsağlığı verdik.

Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə başsağlığı verirəm. Vətənin başı sağ olsun”.

Nadir Qafarzadənin qohumu şəhid oldu – FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər