Siyavuş Novruzov: Kənar qüvvələr olmasa, bir həftəyə həll edərik

apr-05
12:06 2016
Siyavuş Novruzov: Kənar qüvvələr olmasa, bir həftəyə həll edərik
























“Əsgərlərimiz düşmənə layiqli cavab veriblər”

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmənin xeyli itkisi olub.

Bunu “Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib:

“Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biridir. Azərbaycan Ordusu Qafqazda həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından da çox yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində həllini tapar”.

Siyavuş Novruzov vurğulayıb ki, bütün ölkə vətəndaşları bu döyüşlərdə Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu:

“Biz hər birimiz əsgərik, Vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq.

Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı, Azərbaycan Ordusunun bu cür hazırlıqlı olmasını, düşmənə layiqli cavab verməsini yüksək qiymətləndiririk”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər